Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android”in reklamı rekorda imza atıb (VİDEO)


Nyu-Yorkun mərkəzində Tayms-Skverdə dünyanın ən böyük reklam lövhəsi quraşdırılıb. Bu lövhədə öz reklamını yerləşdirən ilk şirkət isə "Google" olub.

"ICTnews" elektron xəbər xidməti "dni.ru" saytına istinadən bildirir ki, reklam lövhəsi Brodveyin 45 və 46-cı küçələrinin arasında yerləşir və "Google" dörd həftəlik reklam üçün təxminən 2,5 milyon dollar ödəyib.









Birinci reklam olunan məhsul "Android" əməliyyat sistemi olub. Daha sonra isə,  "Chrome" brauzeri və "Nexus" istehsal xəttinə məxsus məhsullar reklam ediləcək.

 "Android" əməliyyat sistemi ilə işləyən cihaz sahiblərinə "Androidify" saytında və ya tətbiqdə personaj yaratmaq təklif edilir.

Reklam lövhəsi qarşısında dayanan insanlar tullanır, əyilir, təsvir edilmiş personaj isə onların hərəkətini təkrarlayır.

Emil Hüseynov




27/11/14    Çap et