Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetləri böyük ekranlı smartfonlar əvəzləyir


Mobil bazar ekspertlərinin proqnozuna görə, planşetlərə tələbat azalacaq. Səbəb kimi böyük ekranlı smartfonların populyarlığının artması göstərilir.
 
Bu tendensiya “Apple”ın mobil qurğu sahibləri arasında da müşahidə olunur: “iPhone 6” və “6 Plus” smartfonlarının satışa çıxarılmasından sonra onlar “iPad” planşetlərindən daha az istifadə edirlər.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Pocket” şirkətinin tədqiqatına əsasən, böyük ekranlı smartfonlar planşetləri daha effektiv əvəz edir.
 
Araşdırma əsasında məlum olub ki, “Apple”ın yeni mobil telefonlarının istehsalınadək “iPhone 5s” sahibləri planşet və smartfondan  təxminən bərabər (müvafiq olaraq 55% və 45%) istifadə ediblər.
 
Bu arada qeyd edək ki, “Android” istifadəçiləri arasında vəziyyət fərqlidir: smartfon və planşetlərdən istifadə vaxtının nisbəti müvafiq olaraq 80% və 20% təşkil edib.

Emil Hüseynov




28/11/14    Çap et