Sorğu: “İnternetə ucuz çıxış insan hüquqlarının ayrılmaz hissəsi olmalıdır”
“Centre for International Governance Innovation” analitik mərkəzinin sifarişi ilə “Ipsos” şirkəti tərəfindən keçirilən sorğudan məlum olub ki, 24 ölkənin internet istifadəçilərinin 83 faizi internetə ucuz çıxışın insan hüquqlarının baza prinsipinə daxil edilməsini vacib sayır.
Rəyi soruşulanların fikrincə, internet özünüifadə azadlığının və iqtisadi imkanların həyata keçirilməsi üçün lazımlıdır. Onların 81 faizi hesab edir ki, internet onların iqtisadi gələcəyi və yaşayışı naminə vəsaitlərin alınması üçün əhəmiyyət daşıyır.
Rəyi soruşulanların 74 faizi şəbəkədə fəaliyyətin özəl şirkətlər tərəfindən izlənməsindən və əldə olunan informasiyanın sonradan satılmasından narahatdır. Digər ölkələrin xüsusi xidmət orqanları tərəfindən izlənmə ilə bağlı narahatlığını respondentlərin 62 faizi, yaşadıqları ölkənin xüsusi xidmət orqanları tərəfindən 61 faizi bildirib. İnternetin dövlət senzurası problemi istifadəçilərin 64 faizini narahat edir.
Sorğu iştirakçılarının 47 faizi internet idarəçiliyində mühüm rolu ölkə hökumətlərinə etibar etməyə hazırdır. Lakin 57 faiz bu hüququn İT şirkətlər, mütəxəssislər, qeyri-hökumət təşkilatları şuralarına və vətəndaşların maraqlarını təmsil edən təşkilatlara verilməsinə tərəfdardır.
Rəyi soruşulanların təxminən 80 faizi bank hesablarına və ya şəxsi uçot məlumatlarına müdaxilədən təlaşlıdır, - "
Computerworld ” yazır.