Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tarixi abidələr poçt markalarında əks olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti Qarabağın tarixi abidələrinə həsr edilmiş poçt markaları buraxıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, markaların üzərində ayrı-ayrılıqda Kəlbəcər rayonunda yerləşən, Qafqaz Albaniyası dövrünə aid Xudavəng kompleksi, Gəncəsər məbədi, Laçın rayonundakı Məlik Əjdər türbəsi (XIV əsr), Şuşa şəhərinin “Aşağı Gövhər ağa” məscidi (XIX əsr), Bərdə şəhərindəki “Allah-Allah” türbəsi (XIV əsr) və Ağdamın “Cümə” məscidinin (XIX əsr) təsvirləri yer alıb.
Markaların hər birinin nominal dəyəri 50 qəpiyə bərabərdir.
CAHANGİR
28/11/14 Çap et