Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ qlobal spam payına görə liderdir


14%-lik poçt spamı mənbəyinə malik ABŞ ölkələrin reytinqində birinci yerdə qərarlaşıb. 6.1%-lik spam payına malik Rusiya ikinci, Vyetnam isə 6%-lik göstərici ilə üçüncüdür.

İlk onluqda, həmçinin Çin (5,1%), Argentina (4,1%), Almaniya (3,4%) və Braziliya (2,9%) yer alıb.

Ümumilikdə üçüncü rübdə poçt trafikində spamın payı 66,9% təşkil edib ki, bu da ötən rüblə müqayisədə 1,7% azdır.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, spamerlər cari ildə dünyada baş verən hadisələrdən istifadə ediblər. "Kasperski Laboratoriyası"nın hesabatına əsasən, məsələn, “iPhone 6” smartfonunun çıxarılması müxtəlif istiqamətli (həm fırıldaq, həm reklam) spamın həcminin artmasına səbəb olub.
 
 Ukraynadakı hadisələr və “Ebola” virusu "Nigeriya" məktublarının tərkibini təşkil edib .
 
Emil Hüseynov

 




29/11/14    Çap et