Azərbaycandilli “Vikipediya”da “Rəssamlıq ayı”na start verilib
Dekabr ayı azərbaycandilli “Vikipediya”da “Rəssamlıq ayı” elan olunub.
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə, “Rəssamlıq ayı” – “
Mövzulu ay” layihəsinin bir hissəsi kimi rəssamlıq haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
Layihə iştirakçıları “
Vikipediya: Mövzulu ay/Rəssamlıq ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin rəssamlıqla bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
Qeyd edək ki, sözügedən layihə “
Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
CAHANGİR