Forum elektron idarəçilik və elektron hökumət sahəsində müxtəlif dünya ölkələrinin qabaqcıl təcrübə və innovativ həllərinin, gələcək inkişaf trendlərinin müəyyən edilməsi sahəsində fikir mübadiləsi üçün platforma kimi çıxış edir.
Forumun əsas məqsədi müxtəlif hökumət qurumları, ölkə nümayəndələri, xarici və yerli mütəxəssislər, alimlər arasında təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır.
Forum zamanı aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:
- E-hökumətin gələcək inkişaf trendləri;
- İnformasiya cəmiyyətinin formalaşmasında müasir elektron hökumət həllərinin rolu;
- Vətəndaşyönlü qabaqcıl e-hökumət həlləri;
- E-idarəçilik və infrastrukturun təkmilləşdirilməsi;
- Biznes, bankçılıq, e-təhsil, e-ödəmə, e-nəqliyyat və digər qlobal trendlər;