Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

KÜR zavodu Türkiyə şirkətinə telekommunikasiya həlləri təqdim edəcək


Azərbaycanın KÜR kompüter avadanlıqları istehsalçısı Türkiyənin "NSH Technology Systems" şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Bu barədə KÜR-dən bildirilib.

Hazırda KÜR NSH Technology Systems-ə təqdim olunan və məlumatları uzaq məsafədən 54 Mbit/saniyə sürətlə ötürə bilən radioavadanlıqların sınağını keçirir.

Sınaq Mingəçevir şəhərində avtomat telefon stansiyası ilə KÜR zavodu arasında yerləşdiriləcək. ATS-dən zavodadək marşrutun uzunluğu təxminən 3,5 kilometr təşkil edir. Sınaqlar radioavadanlıqların sabit işlədiyini göstərib.

Sınaqdan keçirilən avadanlığın üstünlüyü həm də daha geniş müdafiə və əhatə zonasına malik simsiz Wi-Fi avadanlıqlarının yerləşdirilməsinin mümkünlüyüdür.

KÜR-dən deyildiyi kimi, qurğunun demo variantının Bakutel-2011 sərgisi çərçivəsində təqdim olunması planlaşdırır, satışa isə ilin sonunda çıxarılacaq.




02/09/11    Çap et