Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Internet Explorer 11” brauzer bazarının 25%-nə nəzarət edir


“Internet Explorer 11” (IE) brauzerinin istifadəçi bazası artmağa davam edir.
 
2014-cü ilin noyabrına olan məlumata görə, internetə daxil olan fərdi kompüter sahiblərinin 25,5%-nin aktivliyi “IE 11” brauzerinin bazar  payına düşür. Populyarlığına görə ikinci yerdə “Microsoft”un “Internet Explorer 8.0” brauzeridir, sonuncunun bazaar payı 15,1% təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, masaüstü və noutbuk istifadəçiləri tərəfindən generasiya olunan internet trafikinin 11.3%-nə sahiblənən “Chrome 38” brauzer bazarında üçüncü yerdə qərarlaşıb.
 
“Firefox 33” və ya “Safari 8.0” kimi brauzerlər çox geridədirlər, bu proqramların bazar payı müvafiq olaraq 4,4% və 1,9% təşkil edir.
 
Emil Hüseynov





02/12/14    Çap et