Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda genişzolaqlı çıxış bazarında qiymətlərin mərhələli azalması müşahidə olunur


Ultel rabitə operatoru genişzolaqlı ADSL buraxılış qabiliyyətini və trafiki iki dəfə artırıb. Bu barədə şirkətdən verilən məlumatda deyilir. Yeni tariflər sentyabrın 1-dən qüvvəyə minəcək.

Seçilən tarif planından asılı olaraq, Ultel abonentlərinin qeyri-məhdud yüksəksürətli çıxışa görə xərcləri indi 1,5/1 Mbit/saniyə üçün 15 manatdan 14/1 Mbit/saniyə üçün 250 manatdək təşkil edəcək.

Tarif paketini dəyişmək istəyən istifadəçilər oktyabrın 1-dək şirkətin abonent şöbəsinə müraciət etməlidirlər.

Öz növbəsində, AlfaNet şirkəti sentyabrın 1-dən qeyri-məhdud çıxış paketləri üçün kanalın buraxılış qabiliyyətini artırıb.

Bununla yanaşı, şirkət bütün hostinq-paketlər üzrə disk tutumunu iki dəfə artırıb.

Xidmətlərin haqqını Webmoney, Paypal və Moneybookers ödəniş sistemləri vasitəsilə ödəmək olar.




02/09/11    Çap et