ABŞ məktəblərində xrombuklar “iPad”i geridə qoyub
2014-cü ilin üçüncü rübünün nəticəsinə görə, “Chromebook” noutbukları “iPad”i geridə qoyaraq ABŞ məktəblərində ən populyar cihaz olub. “Google” təhsil müəssisələrinə 715 min “Chromebook” tədarük etməyə nail olub, halbuki “Apple” 702 min “iPad” satıb.
Beləliklə, iki ildə xrombuklar şirkətlər üçün son dərəcə mühüm hesab edilən "məktəb bazarı”nın 25%-nə sahiblənib.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, xrombukların populyarlığının sirri kifayət qədər sadədir: qurğunun qiyməti 199 dollardır. “iPad Air” isə təhsil müəssisələrinə iki dəfə baha – 373 dollara başa gəlir. “iPad” təhsil müəssisələrində ən populyar planşetdir, amma onun bazar payı ötən ilin göstəriciləri ilə müqayisədə xeyli azalıb.
Emil Hüseynov