Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azersky” aşağıorbitli peykinin istehsalına 150 milyon avro sərmayə qoyulub


Azərbaycanın milli peyk operatoru "Azərkosmos"la Fransanın "Airbus Defence and Space" şirkətinin birgə orbitə çıxardıqları "Azersky" aşağıorbitli peykinin istehsalına 150 milyon avro sərmayə qoyulub.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycana məxsus olan "Azersky" adlanan ikinci "SPOT 7" peykinə qoyulan sərmayənin 85 faizi "SOFAZ" kiçik kreditlər vasitəsi ilə maliyyələşdirilib və təxminən eyni məbləğdə sərmayəni Fransa tərəfi bundan öncə orbitə çıxarılmış "SPOT 6" peykinə qoyub.  Bundan başqa, artıq gələn ilə "Azərkosmos"un yeni buraxdığı "Azərsky" üzrə 14 milyon avro həcmində müqaviləsi var. Bu peykin istifadəsi Azərbaycan üçün çox səmərəlidir, çünki bu peyk bir çox sahələrdə, o cümlədən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yer səthinin məsafədən müşahidəsi, fövqəladə halların qarşısının alınması, eyni zamanda peykdən fotoşəkillərin çəkilməsi və xəritəçəkmədə istifadəsi üçün istismar edilə bilər", - deyə nazir jurnalistlərin suallarını şərh edib.

Nazir Ə. Abbasov onu da qeyd edib ki, Azərbaycan 2015-ci ilin noyabr ayında dünyada çox az sayda ölkədə istifadə edilən aşağıorbitli peyklərin idarəetmə sistemini qurmaq niyyətindədir və bu sistem Azərbaycanın digər peyklərdən alınan məlumatları emal etməsinə imkan verəcək.

"Azərbaycan dünyada bu tip peyk buraxmış 20-ci ölkədir, hazırda kosmosda bu tipli peyklərin sayı 50-yə yaxındır. Azərbaycanla Fransa arasında əməkdaşlıq çərçivəsində orbitə çıxarılmış iki "SPOT 7" və bundan öncə orbitə buraxılmış "SPOT 6" peyklərinin resurslarının birgə istifadəsini nəzərdə tutur. Bu layihəyə iki ölkə tərəfindən birgə sərmayə qoyuluşu həyata keçirilib, peyk 12 il istifadə ediləcək və yaxın 7-8 il ərzində layihəyə qoyulan sərmayələr geri qaytarılacaq", -deyə nazir bildirib.





02/12/14    Çap et