Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “Acompli” poçt xidmətini satın alıb


Dünyanın ən böyük proqram təminatı istehsalçısı "Microsoft" mobil qurğular üçün poçt xidmətinin hazırlanması ilə məşğul olan "Acompli" firmasını satın alıb. Razılaşmanın dəyəri rəsmən açıqlanmasa da, KİV-in məlumatına görə, bu rəqəm 200 milyon dollar təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, razılaşmaya əsasən, "Acompli" firmasının tərtibatçıları bütün platformaları dəstəkləyən poçt tətbiqləri üzərində işləmək üçün "Outlook" komandasına qoşulacaq.
 
"Acompli"nin proqramı "Google", "Exchange", "Outlook.com", "iCloud" və "Yahoo!"-nun poçtunu idarə etməyə imkan verir.
 
Tətbiqdə daxili təqvim və məktub çeşidləyicisi mövcuddur. Gələcəkdə "Acompli"nin funksionallığı "Microsoft Outlook" xidmətinə əlavə ediləcək.
 
Emil Hüseynov




03/12/14    Çap et