Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti “Tablet S” planşetini təqdim edib


“Sony” korporasiyası 9.4 düym diaqonal ekranla “Tablet S” planşet kompyuterini təqdim edib.

Qurğu ikinci nəsil “nVidia Tegra” aparat platformasında hazırlanıb. Sensor ekranın kəskinliyi 1280×800 nöqtə təşkil edir.

Planşet 1 Qb əməli yaddaşa, “SD” slota, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” simsiz rabitə adapterlərinə, arxa hissədə 5 meqapiksel kamera, ön hissədə 0,3 meqapiksel kameraya, “GPS” qəbulediciyə və “MicroUSB” portuna malikdir. “Tablet S” planşeti “Android 3.1” əməliyyat sistemində işləyir, onun çəkisi 590 qramdır.

Artıq planşeti sifariş etmək olar. “Sony” şirkəti inteqrasiya edilmiş 16 və 32 Qb fləş yaddaş ilə olan modifikasiyaları müvafiq olaraq 500 və 600 dollara təklif edir.




02/09/11    Çap et