Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda SMS xidmətlərinin göstərilməsi üzrə xüsusi qaydalar hazırlanacaq


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə şəbəkələri üzərindən abunəçilərə göndərilən reklam SMS-nin qarşısını almaq məqsədi ilə tədbirlər görəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, son zamanlar ictimaiyyət tərəfindən geniş müzakirələrə və mobil rabitə istifadəçilərinin narahatçılığına səbəb olan reklam SMS-nin qarşısının alınması məsələsi hazırda nazirlik tərəfindən müzakirə edilir.
 
“Bu prosesin qarşısının alınması məqsədi ilə biz mobil operatorların SMS xidmətlərinin göstərilməsi üzrə xüsusi qaydalar hazırlamaq niyyətindəyik”, - deyə nazir bildirib.
 
Aynur Vəliyeva




03/12/14    Çap et