Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

LTE smartfon bazarında üçqat artım gözlənilir


“ABI Research” analitik şirkətində çalışan analitiklərin proqnozuna görə, qlobal LTE smartfon bazarında üçqat artım gözlənilir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna əsasən, 2014-cü ilin nəticəsinə görə, dünya bazarına “4G LTE” texnologiyasını dəstəkləyən 204 milyon mobil telefon tədarük ediləcək. Növbəti il bu cihazların tədarükü 676 milyonadək artacaq və 2018-ci ilədək 1,89 milyarda çatacaq.
 
"Böyük ekranlı smartfonların populyarlaşması ilə əlaqədar istifadəçilərin məzmun və yüksəksürətli şəbəkələrlə bağlı tələbatı artır" – “ABI Research”in əməkdaş Çeri Vonq bildirib.
 
Analitiklər hesab edirlər ki, 2014-cü ilin sonunadək dünyada 350 kommersiya LTE şəbəkəsi olacaq. Bundan başqa, “LTE-Advanced” şəbəkələrinin sayı artmalıdır.
 
Emil Hüseynov




03/12/14    Çap et