Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” şirkəti ilk ultrabuk kompyuterini təqdim edib


“Lenovo” şirkəti dünən ilk ultraportativ kompyuterini təqdim edib. “Lenovo”dan bildiriblər ki, yeni “İdeaPad U300S” ultrabuku “MacBook Air”dən daha nazikdir. Belə ki, ultrabuk 13,3 düym ekrana malikdir.

Qatlanmış vəziyyətdə yeniliyin qalınlığı cəmi 1,49 santimetr, çəkisi isə 990 qramdır.

“U300S” zəif “İntel” prosessorları ilə tədarük olunur. O, batareyadakı enerji tədarükü hesabına 8 saata qədər işləyə bilər.

Qurğunun qiyməti 1200 dollar təşkil edir, kütləvi bazara tədarük isə oktyabr ayının ortasına planlaşdırılıb. Modeldən asılı olaraq, istifadəçilər müxtəlif həcmli (256 Qbayta qədər) “SSD” daşıyıcılar seçə bilərlər.




02/09/11    Çap et