Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan gələn ilin mart ayınadək tam rəqəmli yayıma keçəcək


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn ilin mart ayınadək ölkədə tam rəqəmli yayıma keçməyi nəzərdə tutur.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, texniki nöqteyi-nəzərdən bu istiqamətdə bütün tələb olunan işlər, demək olar, başa çatıb.

“Analoq yayımın dayandırılması müvafiq aidiyyəti olan qurumların iradəsindən asılıdır və bu qərar verildiyi halda biz artıq tam rəqəmli yayıma keçə biləcəyik”, - deyə nazirin birinci müavini qeyd edib.
 
Aynur Vəliyeva 




03/12/14    Çap et