Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” istifadəçiləri “ESET” antivirusundan ödənişsiz istifadə edə biləcək
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” öz istifadəçilərinə “ESET” şirkəti texnologiyalarının köməyi ilə qurğularını virus baxımından yoxlamağı təklif edib. Bu haqda “Facebook”un informasiya təhlükəsizliyinə həsr edilmiş bloqunda yazılıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, istifadəçinin “Facebook” sosial şəbəkəsinə daxil olduğu qurğuda virusa mümkün yoluxma əlamətləri olduqda istifadəçi qurğunu skan etmək təklifindən ibarət mesaj alacaq. Sistem “Facebook”dan çıxmadan öz cihazını yoxlamağa, nəticələri araşdırmağa və arzuolunmaz proqram təminatının işini bloklamağa imkan verir.
"Biz “ESET” şirkəti ilə onun antivirus proqram təminatının zərərli proqramları aşkar etmə və mübarizə üzrə mövcud sistemimizə inteqrasiyası haqda razılaşmışıq. Bu, “Facebook” auditoriyasının (1.35 milyard) mesaj və xəbər lentində zərərli istinad və saytları bloklamağa kömək edəcək" – bloqda yazılıb.
“Facebook” nümayəndələri bildiriblər ki, çoxlu sayda antivirus provayderləri ilə əməkdaşlıq zərərli proqram təminatının vaxtında zərərsizləşdirilməsi şansını yüksəldir.
Emil Hüseynov
04/12/14 Çap et