Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” öz axtarış sisteminin “uşaq” versiyasını buraxacaq


“Google” internet şirkəti ən məşhur xidmətlərinin xüsusi versiyalarını buraxmağı planlaşdırır: 12 yaşınadək uşaqların istifadəsi normalarına uyğun olacaq. Bu haqda “Google”un hazırlamalar üzrə vitse-prezidenti Pavni Divanciyə istinadən “USA Today” nəşri yazıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkət, ehtimal ki, internet axtarış sistemi, “YouTube” videohostinqi və “Chrome” brauzerinin xüsusi “uşaq” versiyalarını yaradacaq. “Google”un nümayəndəsi “uşaq” versiyalarının çıxarılma müddətini açıqlamayıb, amma iş aparıldığını təsdiqləyib.

 "Biz bu məsələyə düşünülmüş şəkildə yanaşırıq, uşaqların bizim məhsullarımızdan istifadəsinə nəzarət üçün valideynləri lazımi alətlərlə təmin etmək istəyirik" – “Google”un nümayəndəsi deyib.

Emil Hüseynov
 





04/12/14    Çap et