ABŞ-da “3G” şəbəkəsindən istifadə dayandırılacaq
ABŞ-da “3G” şəbəkəsindən istifadə dayandırılacaq. Belə ki, ölkənin nəhəng mobil rabitə operatorlarından biri “Verizon” şirkəti “CDMA” və “EV-DO” (3G) şəbəkələrini ləğv etməyə hazırlaşır.
ABŞ-ın Serbiya əsilli sakini Milan Milanoviç aşkar edib ki, Klivlend və Manhetten şəhərlərində “LTE” şəbəkələrində məlumatların ötürülməsi üçün operator əvvəllər “EV-DO” şəbəkəsi üçün ehtiyatda saxlanılan 1900 MHs tezliyindən istifadə edir. “Verizon” nümayəndəsi bildirib ki, bu, yalnız sınaq olub və şirkət keçidə hələ ki tam hazır deyil.
Operatorun “3G” şəbəkəsindən “LTE”-yə keçidi başa çatdırması üçün kifayət qədər çox vaxt lazımdır. Hazırda “Verizon”un inkişaf etmiş infrastruktura və “LTE”-nin geniş əhatə zonasına malik olmasına baxmayaraq onun şəbəkəsində fəaliyyət göstərən mobil aparatların 41 faizi “LTE”-ni dəstəkləmir. Şirkət tərəfindən “CDMA” və “EV-DO” şəbəkələrinin istismarının bu standartlarda mobil rabitə xidmətlərinə tələbatın azalması ilə əlaqədar dayandırılması güman edilir, -
"IT Expert ” yazır.