Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 11 ay ərzində 440 ədəd dövlət qeydiyyatından keçməyən radioelektron vasitə aşkarlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) iş planına və idarəyə daxil olmuş müraciətlərə əsasən, bu ilin yanvar-noyabr ayları ərzində təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 790 akt tərtib edilib.
 
DRİ-dən verilən məlumata görə, texniki baxış idarənin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən aparılıb.
 
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 440 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 270 ədədi möhürlənib, 129 ədədi qeydiyyata salınıb və 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 33 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
CAHANGİR




05/12/14    Çap et