Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan radiotezlik çeşidinin idarəetməsi üzrə məsələlərin müzakirəsində iştirak edib


Azərbaycan Regional Rabitə Birliyinin Astanada (Qazaxıstan) keçirilmiş radioyayım üzrə işçi qrupun 4-cü iclasında və radiotezlik çeşidinin idarəetməsi üzrə işçi qrupunun 5-ci iclasında təmsil olunub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanla yanaşı, tədbirlərdə Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Özbəkistanın və Ermənistanın,  RRB-nin icra komitəsinin və Beynəlxalq Rabitə İttifaqının Radiorabitə Bürosunun nümayəndələri iştirak ediblər.
 
Radioyayım üzrə işçi qrupun 4-cü iclasında müvafiq tövsiyələrin hazırlanması və əlaqələndirilməsi üçün qəbuledici qurğuların standartlaşdırılması üzrə işlərin aparılması məsələləri müzakirə olunub.
 
Eyni zamanda, 694-790 və 790-862 MHz tezlik zolaqlarında televiziya yayımının və perspektiv genişyayımlı çatdırılma texnologiyalarının tətbiqi üçün radioyayım xidmətinin ehtiyaclarına, “Cenevrə-06 Planı”nın modifikasiya imkanları və 694-790 və 790-862 MHz tezlik zolaqlarının istifadəsi üzrə RRB-nin Rabitə Administrasiyalarının radioyayım xidməti üzrə təkliflərə baxılıb.

Tədbir iştirakçıları “Perspektiv radiotexnologiyaların inkişafı üzrə uzunmüddətli proqnozların və onların texniki xarakteristikalarının hazırlanması və 470-862 MHz diapazonunda tezlik zolaqlarının birgə istifadəsi imkanlarının ssenarilərinin müəyyən edilməsi” hesabatı üzrə görülən işləri müzakirə edib.
 
Qeyd edək ki,  790-862 MHz tezlik zolaqları LTE şəbəkələrinin yaradılması üçün istifadə edilə bilər. Azərbaycanda hazırda bu tezliklər qismən məşğuldur.
 
Aynur Vəliyeva
 




05/12/14    Çap et