Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” mobil şopinq üzrə liderdir


Bayram istirahət günlərində “iPad” və “iPhone” istifadəçiləri “Android” qurğu istifadəçiləri ilə müqayisədə daha çox alış-veriş ediblər.
 
“Custora”nın tədqiqatına əsasən, ABŞ-da "qara cümə" günündən “kiber bazar ertəsi”nədək “Apple” qurğularının istifadəçiləri bütün mobil alış-verişin 78%-ni, “Android” istifadəçiləri isə yalnız 22%-ni ediblər.
 
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, “i” qurğu istifadəçiləri mobil alış-veriş üzrə lider olsalar da, amma “Android” getdikcə populyarlaşır: ötən il bu platforma istifadəçilərinin mobil alış-veriş üzrə göstəriciləri müvafiq olaraq 84% və 15% olub.
 
Belə fərq, ilk növbədə, “Apple”ın auditoriyasının daha zəngin olması ilə izah edilir. “Apple” pulu olan insanlara bahalı qurğular satır.
 
Bu il “kiber bazar ertəsi”ndə mobil şopinq bütün onlayn şopinqin 22%-ni təşkil edib. Ötən il bu göstərici 16% olub.
 
Emil Hüseynov
 
 




05/12/14    Çap et