Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” messencerində boşluq aşkar edilib
“The Hacker News” portalının məlumatına görə, Hindistandan 17 yaşlı təhlükəsizlik tədqiqatçıları İndrajit Bxuyan və Saurav Kar populyar “WhatsApp” messencerində (2.11.431 və 2.11.432 daxil olmaqla bütün versiyalarında) boşluq aşkar ediblər.
Boşluq xüsusi koddan ibarət mesajın messencerə göndərilməsi ilə uzaq məsafədən tətbiqin işini məcburi dayandırmağa imkan verir.
"ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, proqramın işini dayandıran mesaj 2000 simvoldan ibarətdir və 2 KB həcmindədir.
Maraqlı olan odur ki, mesaj almış istifadəçi onu silmək üçün dialoq pəncərəsinə qayıda bilmir: bunu etmək istədikdə tətbiq bağlanır. Yalnız bütün çatı silməklə yenidən proqramdan istifadə mümkündür.
Emil Hüseynov
05/12/14 Çap et