Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da dünyanın ən yüksəktezlikli kamerası yaradılıb
Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin alimlər qrupu dünyanın ən yüksəktezlikli çəkilişə malik kamerasını hazırlayıb. 2D qurğu saniyədə 100 milyard kadr çəkmək imkanına malikdir.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, mütəxəssislər xüsusi obyektiv sayəsində belə effektə nail olublar.
Ən yüksəktezlikli kameranın yaradıcıları iddia edir ki, bu qurğunun köməyi ilə "işığın hərəkətini görmək" olar. Onlar bildiriblər ki, qurğu kimyəvi reaksiyaların tədqiqatı və biomolekulların dinamikası üçün lazım ola bilər.
Emil Hüseynov
06/12/14 Çap et