Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada “YotaPhone2” smartfonunun satışlarına başlanılıb
Dekabrda Rusiyada “YotaPhone” smartfonunun ikinci versiyasının satışlarına başlanır.
“YotaPhone 2” smartfonunun birinci tədarükünün həcmi 150 min qurğu təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkət 2014-cü ilin fevralında Barselonada keçirilmiş “Mobile World Congress” sərgisində “YotaPhone” smartfonunun ikinci versiyasını nümayiş etdirib. Yeni smartfonun əvvəlki versiyadan əsas özəlliyi odur ki, indi ikinci ekran sensordur və SMS yazmağa, zənglərə cavab verməyə və başqa əməliyyatlar aparmağa imkan verir.
Yeni “YotaPhone” smartfonu iki ekranla təchiz edilib: film izləmək, fotoşəkillərə baxmaq, internetdə işləmək üçün 1920x1080 təsvir ölçülü rəngli 5 düymlük AMOLED ekran, bildirişlərə baxmaq, elektron kitab oxumaq üçün, həmçinin 960x540 təsvir ölçülü ağ-qara 4,7 düymlük EPD ekran (elektron mürəkkəb texnologiyası). Hər iki ekran tamamilə sensor idarəetməyə) malikdir: ağ-qara rəngli ekranda SMS yazmaq, zənglərə cavab vermək olar. Qurğu 2,3 QHs takt tezlikli dördnüvəli prosessor və iki kamera – işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik və 2 meqapiksellik. “YotaPhone” smartfonunda əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 32 QB təşkil edir.
Telefonun ağ-qara ekranı oxuma rejimində 96 saatadək işləyir.
“Yota Devices” bu smartfonu Avropanın 20 ölkəsində satmağı planlaşdırır və növbəti ilin əvvəlində bu siyahıya Asiya-Sakit okean regionundan bəzi ölkələr, həmçinin Çin daxil ediləcək. “Yota Devices”in baş direktoru Vlad Martınov istisna etmir ki, gələcəkdə “YotaPhone” satışının 33%-i Şimali Amerika bazarının payına düşür.
Emil Hüseynov
06/12/14 Çap et