Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək beynəlxalq internet ticarətinin həcmi üç dəfə artacaq


Üç ildən sonra internet ticarətinin əsas iştirakçılarının – ABŞ, Böyük Britaniya, Almaniya, Braziliya, Çin və Avstraliyanın daxil olduğu elektron ticarət bazarının həcmi 2013-cü ilin göstəricisi ilə müqayisədə üç dəfə artacaq.
 
Belə ki, 2018-ci ildə qeyd olunan ölkələrin internet mağazalarının transsərhəd ticarət dövriyyəsi 307 milyard dollar təşkil edəcək. Bu barədə marketinq tədqiqatları ilə məşğul olan “Nielsen” şirkətinin hesabatında deyilir.
 
Hazırda göstərilmiş ölkələrin internet məkanında məhsul sifariş edən alıcıların sayı 95 milyon nəfərə bərabərdir. Xaricdə məhsul almağa hazır olan çinlilərin sayı sürətlə artır. 2010-cu ildə onların payına 1,95 milyardlıq onlayn alışı düşürdüsə, 2013-cü ilin yekunları üzrə bu göstərici 11,36 milyard dollaradək artıb. Ekspertlər qeyd edirlər ki, Çin istifadəçilərinin xarici internet ticarətinə marağının artım tendensiyası saxlanılacaq.
 
Avropa beynəlxalq internet ticarətinin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. 2013-cü ildə regionun xarici onlayn pərakəndə alışda payı 44 milyard avroya bərabər olub. Bu göstəricinin ildə 21 faiz artacağı gözlənilir, - "Payspace yazır.  
 




06/12/14    Çap et