Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana noyabrda daxil olan beynəlxalq internet trafikin həcmi 140 Gbp/s-ə çatıb


Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, noyabrda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.
 

“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 10,7 faizədək artaraq 140 Gbp/s təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 40% artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 20 faiz artaraq 25 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20% artıb.

Aynur Vəliyeva
 
 




08/12/14    Çap et