Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonunun oğurluğu 40% azalıb


San-Fransisko və Nyu-York şəhərlərində cinayətkarlığın artmasını smartfon oğurluğu ilə izah edirlər. Federal Rabitə Komissiyasının (FCC) məlumatına əsasən, son zamanlar vəziyyət pisləşib: hər onuncu cinayətkarlıq hadisəsi mobil qurğuların oğurluğu ilə bağlıdır.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, ancaq "iPhone" istifadəçiləri üçün yaxşı xəbər var. "FCC"-nin hesabatına əsasən, "Apple" korporasiyası "iOS 7" əməliyyat sisteminə "Activation Lock" aktivləşdirmənin bloklama funksiyasını əlavə etdikdən sonra "alma" cihazlarının oğurluğu kəskin azalıb. Nəticədə, San-Fransiskoda "iPhone" smartfonunun oğurluğu 38% azalıb. 2014-cü ilin ilk beş ayı ərzində Nyu-York şəhərində "Apple" smartfonunun oğurluğu 19%, Londonda 24% azalıb.
 
"FCC"-nin məlumatına görə, 2013-cü ildə 3,1 milyon amerikalının smartfonu oğurlanıb ki, bu da 2012-ci illə müqayisədə 1,5 milyon çoxdur.
 
Emil Hüseynov




08/12/14    Çap et