Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2,4 dəfə artıb
Azərbaycan Dövlət Statistika Komitəsi yanvar-noyabr ayları ərzində ölkədə həyata keçirilən elektron ticarətin həcmini açıqlayıb.
Komitədən verilən məlumata görə, cari ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 milyon manat təşkil edib.
Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq malları təşkil edib.
CAHANGİR
08/12/14 Çap et