Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhlükəsiz “Telegram” messenceri rekorda imza atıb
“Telegram” tətbiqinin yaradıcısı Pavel Durov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Telegram” messencerində rekorda imza atılıb: gündəlik göndərilən mesajların sayı 1 milyarda çatıb.
Bundan başqa, o bildirib ki, bu rəqəmə xidmətin işə salınmasından 15 ay sonra nail olunub.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "VKontakte" sosial şəbəkəsinin yaradıcısı və keçmiş rəhbəri, həmçinin əlavə edib ki, “Telegram” messencerinin aktiv istifadəçilərinin sayı 50 milyondur və ən aktiv ölkələr arasında İspaniya, Braziliya, Cənubi Koreya, Meksika, Almaniya, Malayziya, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı, İtaliya, ABŞ yer alıb.
Emil Hüseynov
08/12/14 Çap et