Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RYTN, TN və AMEA-nın birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Təhsil Nazirliyinin (TN) birgə təşkilatçılığı ilə dekabrın 19-da Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək.
Qurultayın təşkili müasir dövrün tələblərindən və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn elmin funksiya və vəzifələrini müzakirə edib Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.
Qurultayda xaricdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan alimlərinin, eləcə də dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı gözlənilir. Həmçinin qurultayın gedişatının internet üzərindən canlı yayımlanması, çıxışların və müzakirələrin videokonfrans sistemi ilə təşkili də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi haqqında qərar AMEA-nın 18 aprel 2014-cü il tarixli Ümumi Yığıncağında qəbul edilib.
Həqiqət İSABALAYEVA
08/12/14 Çap et