Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub


“Hər bir dövlət qurumunun mükəmməl internet portalı olmalıdır və informasiya xarakterli məlumatlar tez-tez dəyişdirilərək yenisi ilə əvəz olunmalıdır”.
Bu barədə İCTnews-ə açıqlama verən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib ki, bu istiqamətdə aparılmış monitorinqlərin nəticələri aidiyyəti üzrə strukturlara göndərilərək onların elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub. E.Süleymanova qeyd edib ki, ''İnformasiya əldə etmək haqqında'' Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq hər bir qurum istənilən şəxsin informasiya sorğusunu qeydiyyata alıb onun icrasını diqqət mərkəzində saxlamalıdır və nəticə barədə məlumat verməlidir.




07/06/11    Çap et