Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Virus hökumət və korporasiyaların “Linux” kompüterlərini yoluxdurub
Tədqiqatçıların aşkar etdiyi yeni troyan virusu artıq bir neçə ildir “Linux” əməliyyat sistemi ilə işləyən və hökumət və korporasiyalarına məxsus kompüterləri virusa yoluxdurub. 45 ölkənin sistemi bu virusdan zərər çəkib.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "Kasperski Laboratoriyası"nın məlumatına görə, proqram bundan əvvəl aşkar edilmiş “Turla” hücumunu təşkil etmiş həminki cinayətkarlar tərəfindən hazırlanıb. Ən azı dörd il ərzində virus hökumət və təhsil müəssisələri, səfirliklər, müdafiə qurumları, tədqiqat və əczaçılıq şirkətlərində quraşdırılmış sistemləri yoluxdurub.
Troyanın “Linux” versiyasını standart vasitələrlə aşkar etmək mümkün deyil. Virus yaradıcılarından müəyyən ardıcıllıqlı rəqəmlərdən ibarət xüsusi formalaşdırılmış paket qəbul edənədək fəaliyyətini büruzə vermir.
Proqram kompüterin bütün şəbəkə trafikini ələ keçirə və ixtiyari əmrləri icra edə bilər. Bu proqramı, hətta sistemin administratoru olmayan adi istifadəçi adından işə salmaq olar. "Kasperski Laboratoriyaları" mütəxəssisləri qeyd edirlər: "troyalı" beləliklə yazılmışdır ki, bütün onun imkanlarının üzə çıxardılması məqsədi ilə onun kodunu təhlil etmək olduqca problematikdir. Çıxarılmamışdır (istisna edilməmişdir) ki, Turla hücumunun “Linux”-elementinin aşkar edilməsi yeni, hələlik naməlum zərərverici proqramları, zəiflikləri və casus kampaniyalarını aşkar etməyə kömək edəcək.
Emil Hüseynov
09/12/14 Çap et