Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hər iki fotomodulu 13 meqapiksel olan “Micromax Canvas Selfie” nümayiş etdirilib
Hindistanın “Micromax” smartfon istehsalçısı “selfi” həvəskarları üçün smartfonunu nümayiş etdirib. Yeni qurğu “Canvas Selfie” adlanır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “selfi” həvəskarları üçün 13 meqapiksellik ön kamera quraşdırılıb. Qurğunun arxa tərəfində yerləşdirilmiş fotomodul, həmçinin eyni matrisə malikdir. Hər iki tərəfdən zəif işıqlandırma şəraitində çəkiliş üçün işıq diodu işıqlandırıcısı quraşdırılıb.
“Micromax Canvas Selfie” smartfonu 1280x720 piksel təsvir ölçülü 4.7 düymlük ekran və “Gorilla Glass 3” qoruyucu şüşəsi, 1.7 QHs takt tezlikli səkkiznüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Rəqəmli məzmunun saxlanılmasından ötrü, həmçinin həcmi 32 QB-dək olan “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə etmək olar.
Simsiz kommunikasiyaların siyahısında, hansılarla ki, təqdim edilmiş (təsəvvür edilmiş) telefonu birləşdirəcəyik, “3G”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth” hesab olunur, GPS. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. “Android 4.4 KitKat” əməliyyat sistemi ilə idarə olunan smartfon SİM kartlar (nanoSIM formatı) üçün iki slotla təchiz edilib.
“Micromax Canvas Selfie” smartfonu 2015-ci ilin yanvarında satışa çıxarılacaq. İstehsalçı aparatın qiymətini açıqlamayıb.
Emil Hüseynov
10/12/14 Çap et