Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda indiyədək 27,5 min elektron imza əldə olunub


Azərbaycanda noyabr ayının 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 27536 ədəd olub.


“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin dekabr buraxılışında əksini tapıb.


Dövlət qurumlarına 16616  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4528 ədədə çatıb. Vətəndaşlar isə 6392 sertifikat əldə ediblər.


Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
 
 
CAHANGİR

 




10/12/14    Çap et