Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyini gücləndirir


Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə proqram təminatını yeniləyir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Mərkəzi Bank antivirus proqram təminatının alınması məqsədi ilə müvafiq İT şirkətlərlə danışıqlar aparır.
 
Bundan başqa bank Biləsuvar Məktəb Lisey Kompleksi üçün İP telefoniya sisteminin qurulması, həmçinin kompüter avadanlıqlarının alınmasını nəzərdə tutub.
 
Yaxın günlərdə nəzərdə tutulan işlərin icraçısının müəyyən edilməsi və qeyd edilən istiqamətlər üzrə tədbirlərin görülməsi başlayacaq.
 
Aynur Vəliyeva
 




10/12/14    Çap et