Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Basketbol Federasiyası “.basketball” domeninə sahib çıxıb


Beynəlxalq Basketbol Federasiyası (FIBA) “.basketball” domen adına hüquq qazanmaq üçün keçirilən hərracda qalib gəlib.
 
Federasiya ilə “Donuts” və “Famous Four” şirkətləri rəqabət aparıb. “FIBA”-nın rəsmi idman təşkilatı olmasına baxmayaraq o, ".basketball” zonasında qeydiyyat üçün ciddi məhdudiyyətlər qoymayıb. Təşkilatın tələbinə əsasən, bu zonada hamı domeni qeydiyyatdan keçirə bilər.
 
Cari ilin yanvarında “FIBA” rəqiblərinin zonada oyun totalizatorlar saytlarının qeydiyyatına icazə verməsinə etiraz əlaməti olaraq onların müraciətinə qarşı iddia qaldırıb. Federasiya nümayəndələrinin fikrincə, bu, idmanın reputasiyasına xələl gətirəcək. O zaman “Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının komissiyası “FIBA”-nın şikayətini rədd edib, - “Webnames” yazır.
 




10/12/14    Çap et