Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” bu gün istiqrazlarının növbəti yerləşdirilməsini həyata keçirəcək


Bu gün Bakı Fond Birjasında Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti istiqrazlarının yerləşdirilməsini həyata keçirəcək.
 
“ICTnews” xəbər xidmətinin “www.cbonds.ru” saytına istinadən verdiyi məlumata əsasən, satışa AZ200100946, AZ2001009466 qeydiyyat nömrəli 40 milyon istiqraz çıxarılır. Hər bir istiqrazın minimal nominal dəyəri 1 min manat təşkil edir. İstiqrazlar üzrə rüblük ödəmənin həcmi illik gəlirin 9,5%-ni təşkil edəcək.
 
Qeyd edək ki, “Bakcell”in istiqrazlarının sonuncu yerləşdirilməsi 2011-ci ilin dekabr ayında həyata keçirilib. Yerləşdirmənin anderrayteri  və market-meykeri qismində “Pashabank” çıxış edir.
 
Aynur Vəliyeva




10/12/14    Çap et