Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Telefona soyuducudakı istifadəyə yararsız qida haqda bildiriş göndərən ötürücü yaradılıb
Massaçusets Texnologiya Universitetində çalışan alimlərin hazırladığı ötürücü soyuducudakı qida xarab olmağa başladıqda smartfona bu haqda bildiriş göndərə bilir.
"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, kiçik simsiz ötürücü qidanın yararlılıq müddətinin bitmə anını qeydə alır. Ötürücü informasiyanı istifadəçinin mobil telefonuna dərhal ötürür. Bu həll vasitəsi ilə, indi hətta soyuducuya baxmadan istifadəyə yararsız qida haqda məlumat əldə etmək mümkün olacaq.
Unikal texnologiya üzrə yaradılmış sensor görünüşcə yapışdırılan ötürücüyə oxşayır və müəyyən kimyəvi maddələri aşkar edir.
Ötürücünü işləməsi və istifadəyə yararsız qida haqda bildiriş göndərməsi üçün qurğunu smartfonla sinxronlaşdırmaq və bundan sonra soyuducuda quraşdırmaq lazımdır.
Emil Hüseynov
10/12/14 Çap et