Gələn ildən müəllif hüquqlarının təkrar pozulmasına görə saytlar məhkəmə qərarı olmadan bağlana bilər
Rusiyada lisenziyasız kontentə malik olan saytları ilk tələb əsasında bağlamağa icazə verən qanun 2013-cü ildən qəbul edilib, lakin onu istifadə etməyə heç kəs tələsməyib.
“ICTnews” xəbər xidmətinin “
http://www.be-in.ru” saytına istinadən verdiyi məlumata əsasən, ilk dəfə Rusiyada hüquq sahibləri “Youtube”-a qarşı məhkəmədə qalib gəliblər. Videohostinqdə Rusiyanın “Franky” qrupunun videoklipi peyda olub, bu klipin hüquqi sahibi “Videokontent” şirkəti dekabrın 1-dək ona çıxışı bağlayıblar. Adətən bu tədbirin görülməsi yetərli olur, lakin iddiaçının müdafiəçisi Moskva şəhər Məhkəməsinə “Youtube” şirkətinin saytında “Franky – Hologram” filminin yerləşdirilməsi üçün texniki imkanların yaradılmasını dayandırmaq tələbi ilə çıxış edib.
Bu tələb dekabrın 8-də təmin edilib. Müdafiəçi piratlara qarşı qanunun müəllif hüquqlarının müdafiəsində təsirli bir vasitəyə çevrilməsinə şaddır və hesab edir ki, digər müdafiəçilər bu təcrübəni genişləndirərək istifadə etməlidirlər.
Gələn ildən isə piratçılıqla bağlı qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulub və sayt tərəfindən müəllif hüquqları təkrar pozulduğu halda onu həmişəlik bağlaya bilərlər.
Rusiyanın “Rambler & Co” şirkətində hesab edirlər ki, dəyişikliklər saytların inkişafına mənfi təsir göstərəcək. “Yandex” internet-şirkətinin mətbuat xidmətində bildiriblər ki, qanun qəbul edildikdən sonra internetdə istənilən platformaya istifadəçilər tərəfindən çıxış məhdudlaşdırıla bilər və bu onun icrası texniki nöqteyi-nəzərindən mümkün deyil.
Aynur Vəliyeva