Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kopenhagen ekoloji təmiz “ağıllı” şəhərə çevriləcək


Kopenhagen hakimiyyəti şəhəri vahid “ağıllı” sistemə çevirəcək genişmiqyaslı layihəni həyata keçirməyə başlayıb. “Yaşıl dalğa” adlandırılan layihə elektrik enerjisinə qənaətə, küçələrin təhlükəsizliyinə və havanın çirkləndirilməsini azaltmağa imkan verəcək.
 
Şəhərin işıqlandırılması məlumatları real vaxt rejimində ötürə bilən “ağıllı” LED lampalarla əvəz ediləcək. Xüsusi yaşıl rəngli indikatorlar velosiped yollarını işıqlandıracaq ki, ekoloji təmiz nəqliyyatda hərəkət rahat və təhlükəsiz olsun.
 
Küçələri işıqlandıran digər işıqlar da “ağıllı” funksiya ilə təchiz olunacaq. Belə ki, sürücülər smartfonda işıqforun işığının yanmasını görə biləcəklər. Şəhərətrafı zonada fənərlər sensorlarla təchiz ediləcək. Bunun nəticəsində işıq yalnız lampanın təsir dairəsinə insan və ya maşın daxil olan zaman yanacaq. Bu, çoxlu enerjiyə qənaət etməyə imkan verəcək.
 
Yeniliklər sayəsində Kopenhagen 2025-ci ilədək dünyanın ən ekoloji təmiz paytaxtı olmaq əzmindədir. Bundan başqa, “ağıllı” şəhər şəbəkəsi digər funksiyaları yerinə yetirəcək. Məsələn, sistem sanitar xidmətləri zibil qablarını təmizləmək, avtomobillər üçün optimal marşrutları hesablamaq və s. barədə xəbərdar edəcək.
 
Həmçinin yeni sistemlərin yolda avtobus və velosipedlər üçün prioritet təşkil edəcəyi gözlənilir ki, bu da avtomobildən imtina etmək üçün stimul ola bilər, - “Vesti” yazır.




10/12/14    Çap et