Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nazik smartfonu rəsmən nümayiş etdirilib


Çinin "Vivo" şirkəti dünyanın ən nazik smartfonunu nümayiş etdirib. Qurğu "Vivo X5 Max" adlanır.
Smartfonun korpusunun qalınlığı 4,75 mm təşkil edir ki, bu da əvvəlki rekordu ("Oppo R5" smartfonunda korpusun qalınlığı 4,85 mm) yeniləyib. Cihaz 1920x1080 piksel təsvir ölçülü 5.5 düymlük "Super AMOLED" ekranı ilə təchiz edilib. 





"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Vivo X5 Max" smartfonu 1,5 QHs takt tezlikli səkkiznüvəli "Qualcomm Snapdragon 615" prosessoru və "Adreno 405" qrafikası ilə təchiz edilib. Aparata "Android 4.4 KitKat" mobil əməliyyat sisteminin modifikasiyası olan "Funtouch OS 2.0" platforması quraşdırılıb.

Smartfonda ikirəqəmli kamera quraşdırılıb: LED işıqlandırıcıya malik 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera. Əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 16 QB-dır ("microSD" slotu var), 2000 milliamper/saat tutumunda akkumulyator batareyası, "4G LTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.0" və "GPS" simsiz rabitə  modulları var. Telefon eyni zamanda iki SİM kartın ("microSIM" + "nanoSIM") quraşdırılmasını dəstəkləyir.

"Vivo X5 Max" smartfonu təxminən 485 dollara ilkin sifariş üçün əlçatandır. 2014-cü il dekabrın 22-dən bu aparatın tədarükünə başlanılacaq.

Emil Hüseynov
 




11/12/14    Çap et