Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” foto xidmətinin auditoriyası artıb


“Instagram” foto xidmətinin qlobal auditoriyası aylıq 300 milyon aktiv istifadəçini ötüb. Təxminən 9 ay əvvəl bu göstərici 200 milyon olub. Beləliklə, xidmətin auditoriyası 50 faiz artıb. “Instagram” xidmətindən istifadə edənlərin 70 faizindən çoxu ABŞ-dan kənarda yaşayır.

Qeyd edək ki, “Instagram” auditoriyasına görə artıq “Twitter” mikrobloqlar xidmətini (284 milyon istifadəçi) geridə qoyub və “LinkedIn” sosial şəbəkəsinə (331 milyon hesab) yaxınlaşıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Instagram”ın istifadəyə verilməsindən ötmüş 4 ildə xidmətdə yerləşdirilmiş fotoşəkillərin ümumi sayı 30 milyardı ötüb. “Instagram” istifadəçiləri gündəlik 70 milyondan çox fotoşəkil və videoçarx mübadilə edir.

Emil Hüseynov




11/12/14    Çap et