Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telecom Italia” və “Huawei” Romada biznes innovasiya mərkəzi yaradacaq


İtaliyanın “Telecom Italia” mobil rabitə operatoru və Çinin “Huawei” elektronika istehsalçısı Romada biznes innovasiya mərkəzinin (Business Innovation Centre, BIC) yaradılması haqqında razılıq əldə edib. Mərkəzdə şirkətlər birlikdə yeni texnologiya və servislərin hazırlanması ilə məşğul olacaq.
 
“Huawei” yeni layihədə kadrlara, "Telecom Italia” isə layihələrin hazırlanmasına və işin koordinasiyasına məsul olacaq. Bundan başqa, İtaliya mütəxəssisləri mərkəzdə yaradılan həlləri operatorun ehtiyacları üçün adaptasiya edəcək. “BIC”-in maliyyələşdirilməsi 6 milyon avro təşkil edəcək.

Çin və İtaliya şirkətləri uzun müddətdir əməkdaşlıq edir. Onların ilk layihəsi 2007-ci ildə Turində mobil innovasiyalar mərkəzinin açılması ilə başlayıb. Bir il sonra Romada şəbəkə innovasiyaları mərkəzi istifadəyə verilib. "Huawei”in İtaliyada 600 əməkdaşı çalışır. Romada yaradılan yeni   “BIC” bazara yeni məhsulların çıxarılmasını sürətləndirməyə, eləcə də yeni biznes modellərinin axtarışına imkan verən strategiyanın hazırlanması ilə məşğul olacaq.

Yeni mərkəzin açılması yaxın aylarda fəaliyyətə başlayacaq “The Foundry” layihəsi çərçivəsində atılan addımlardan biridir. Bu, ideyaların yaradılması və ən yeni innovasiyaların bazara çıxarılmazdan əvvəl sınağı üçün böyük innovativ park olacaq.

Mərkəzin İtaliya paytaxtında yerləşdirilməsi məhz bununla izah olunur. “Telecom Italia”nın strateji istiqamət bölməsinin rəhbəri Di Mauro deyib:

“Roma burada marketinq, xidmət və satış bölmələrinin yerləşməsinə görə seçilib. Bununla şirkətimizdə əsas qərarlar qəbul edən insanlar istifadəçi sahəsində nailiyyətləri layiqincə qiymətləndirə biləcəklər”. 
Çin şirkəti "Telecom Italia” ilə "The Foundry” layihəsində əməkdaşlıq edəcək şirkətlərdən biri olacaq.
İtaliya operatorunu maraqlandıran layihələr sırasında mobil ödənişlər, “Əşyalar interneti” və “ağıllı” ev yer alıb, - “Telekomza” yazır.




11/12/14    Çap et