Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhsil Nazirliyində elektron resursların təqdimat mərasimi keçiriləcək
Təhsil Nazirliyində elektron resursların təqdimat mərasimi keçiriləcək. Dekabrın 15-də baş tutacaq mərasimdə müvafiq dövlət qurumlarının rəsmiləri ilə yanaşı, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak edəcəklər.
Nazirlikdən bildirilib ki, müasir dünyada kompüterlərin əsasında müəssisələrin informasiyalaşdırılması təhsildə elektron resursların istifadəsinə geniş yol açır. Elektron resurslar böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
Bu amilləri nəzərə alaraq, Təhsil Nazirliyi 2014-cü ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib.
Qeyd olunan elektron resursları bir mənbədə cəmləşdirmək üçün “www.e-resurs.edu.az” portalı yaradılıb.
Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, videodərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.
Həqiqət İSABALAYEVA
11/12/14 Çap et