“Samsung” çip bazarına daxil olur
"Qualcomm" artıq 450 Mbit/s-dək məlumat ötürmə sürətinə malik olan "Cat.10 LTE" şəbəkələrini dəstəkləyən çipi anons edib.
"ICTnews" xəbər xidmətinin "
www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkət bu çipseti "Snapdragon 810" yeni aparat platformasında istifadə etməyib və "Cat. 6 LTE" standart şəbəkələrinin dəstəklənməsi ilə qənaətlənib.
Buna baxmayaraq, gələn il "Cat.10 LTE" şəbəkələrində işləyən ilk qurğuları görə biləcəyik. Onların istehsalçısı Koreyanın "Samsung" şirkəti olacaq. Şayiələrə görə, şirkət bu standartı dəstəkləyən "Exynos" çipsetinin üzərində işləyir və onu gələn il buraxmaq niyyətindədir.
Bu fonda ən maraqlı şayiə "Samsung"un gələn il hazır olacaq qrafik prosessor üzərində işləməsidir. Sonda bu, koreyalılara, "Qualcomm"un həllərindən üstün olan tam müstəqil aparat platforması yaratmağa imkan verəcək.
Aynur Vəliyeva