Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşlək “Apple-1” kompüteri hərracda 365 min dollara satılıb


“Reuters” agentliyinin məlumatına əsasən, “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsun öz valideynlərinin qarajında yığdığı və 1976-cı ildə 600 dollara satdığı tamamilə işlək “Apple-1” kompüteri “Christie's” hərracında 365 min dollara satılıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ilk sahibi Çarlz Rikettsin adına adlandırılmış nadir kompüteri alıcıya şəxsən Cobs özü satıb və bu kompüteri öz evində hazırlayıb.
 
Qeyd edək ki, bu yaxınlarda “Apple”ın həmtəsisçisi Stiv Voznyak Cobsun qarajını “mif” adlandırıb və bildirib ki, kompüterlərin çox hissəsi onun Kupertinoda yerləşən “Hewlett-Packard” şirkətində yığılıb.
 
Emil Hüseynov




12/12/14    Çap et