Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Turizm İnstitutunun informasiya təhlükəsizliyi təmin ediləcək


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin  Turizm İnstitutunun informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə müqavilə bağlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə Azərbaycan Turizm İnstitutunun informasiya təhlükəsizliyini təmin etmək məqsədilə antivirus proqramlarının alınmasını nəzərdə tutur.
 
“Mif Təchizat LTD” şirkəti ilə bağlanılmış müqavilənin ümumi dəyəri 11808 manat təşkil edir və artıq şirkət tərəfindən antivirus proqramlarının təchizatı ilə bağlı işlərə başlanılıb.
 
Aynur Vəliyeva 
 




12/12/14    Çap et